Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:09

Müdafiə naziri Zakir Həsənov Çexiya Respublikasında səfərdədir.

Nazirliyin oktyabrın 18-də yaydığı məlumatda bildirilir ki, səfər Çexiya müdafiə naziri Martin Stropnicky-nin dəvəti ilə gerçəkləşib.

Azərbaycan müdafiə nazirinin bu səfər çərçivəsində «Gələcək Qüvvələr Forumu 2016»da iştirak edəcəyi bildirilir.

Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçirilməlidir. Bundan başqa orada beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə edilməlidir.

Tədbir çərçivəsində Z.Həsənov M.Stropnicky və bir sıra başqa şəxslərlə görüşlər keçirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG