Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:33

Oktyabrın 26-sı Ali Məhkəmədə Leyla və Arif Yunusun işi üzrə kassasiya şikayətinə baxılacaq.

Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib:

«Kassasiya şikayətində məqsədimiz Leyla və Arif Yunuslar barəsində cinayət işinə xitam, özlərinə isə bütün ittihamlar üzrə bəraət verilməsinə nail olmaqdır».

Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, onlara verilən cəza şərti hesab olundu və Yunuslar həbsdən buraxıldı.

Leyla və Arif Yunusun üzərində şərti cəza olduğu əsas gətirilərək, onların ölkəni tərk etmələrinə yasaq qoyulmuşdu. Ancaq sonra Hollandiya hökumətinin də dəstəyi ilə Leyla və Arif Yunus ölkədən kənara buraxıldı. Hazırda onlar Hollandiyadadırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG