Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:15

SOCAR-ın birgə müəssisələri satışa çıxarıla bilər


Rövnəq Abdullayev

Rövnəq Abdullayev

«SOCAR səhmlərini satışa çıxarmayacaq».

APA xəbər verir ki, bunu oktyabrın 18-də SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Bununla belə, R.Abdullayev qeyd edib ki, gələcəkdə SOCAR-ın gəlirlə işləyən birgə müəssisələrinin birjada səhm satışı təşkil edilə bilər.

SOCAR prezidenti həmçinin deyib ki, qışda Azərbaycanın qazla təminatında heç bir problem olmayacaq.

Azərbaycanda qış rejiminə noyabrın 1-dən keçildiyini xatırladan R.Abdullayev bildirib ki, 15 gün əvvəldən SOCAR idarələrində qışa hazırlıq prosesi müzakirə edilib: «Bir neçə günə qış rejiminə keçməyə hazır olacağıq. Keçən ildən anbarlarda qaz ehtiyatı toplanıb. İntensiv yağışlar zamanı qaza artan tələbat müvəqqəti idi. Havalar qəflətən soyuduğu kimi, istiləşə də bilər. Mən müşahidə etmişəm ki, havalar soyuyan kimi, insanların qaza tələbatı artır və «mavi yanacaq» vasitəsilə evləri qızdırırlar. Amma hava istiləşəndə, insanlar mənzilin qızmasına baxmayaraq, qaz sobalarını söndürmür, əksinə pəncərəni açırlar».

Son günlər Bakının bəzi rayonlarında qazın verilməsində problemlər üzə çıxıb. Üstəlik, paytaxt sakinləri qazın təzyiqinin aşağı olmasından şikayətlənirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG