Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:15

Qubaya yağan güclü qarın rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsdiyi bildirilir.

«Report»un xəbərinə görə, oktyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq yağan yağış sonra qara çevrilib. Xınalıq kənd sakinlərinin verdiyi məlumata görə, qarın hündürlüyü 50 santimetrdən çoxdur. Hazırda qonşu kəndlərdə də eyni vəziyyətin yarandığı deyilir.

Böyük Qafqaz silsiləsində yerləşən Buduq kəndində isə qarın hündürlüyünün daha çox olduğu bildirilir.

Quba Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov bildirib ki, qar yağması davam etsə, çətinliklər yaranacaq. Bununla belə yolun açılması ilə bağlı tədbirlər görüləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG