Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:23

Oktyabrın 16-sı və 17-də İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışlarının ciddi fəsadlar törətdiyi bildirilir.

APA-nın xəbərinə görə, intensiv yağışlar rayon ərazisindən keçən Sulut, Mücü, Cəfələ çaylarında suyun səviyyəsini artırıb. Nəticədə bir sıra kənd yolları dağılıb.

Xəbərdə qeyd edilir ki, yolların dağılması və torpaq sürüşməsi nəticəsində rayonun İstisu, Əhən, Qoydan, Həftəsov kəndləri də daxil olmaqla, 10-dan çox yaşayış məntəqəsində avtomobillərin hərəkəti çətinləşib. İstisu kəndində evlərdən 100 metr aralı, dağın yamacında ümumilikdə 5 hektar ərazidə torpaq sürüşməsi baş verib.

Hazırda dağlıq hissədən böyük torpaq kütləsinin tədricən sürüşərək, həmin ərazidə olan fərdi yaşayış evlərinə doğru hərəkət etdiyi bildirilir.

Xəbərdə o da qeyd edilir ki, Qalacıq çayına gələn sel çayın kənarlarını yuyub, nəticədə torpaq sürüşməsi baş verib.

Hazırda leysan yağışlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görüldüyü deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG