Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:24

Rusiya və Suriyanın Hələb əməliyyatlarına müharibə cinayəti kimi baxıla bilər.

Avropa Birliyi xarici işlər nazirlərinin bəyanatında belə deyilir.

Dünən, oktyabrın 17-də AB-dən olan nazirlər toplanıb Suriya məsələsini müzakirə ediblər. Birliyə üzv olan 28 ölkə nazirinin razılaşdırdığı birgə bəyanatda Hələbdə yaşayış zonalarının bombalanması qətiyyətlə pislənib. Nazirlər Assad rejimi və onun müttəfiqlərinin, xüsusilə Rusiyanın Hələbə hücumunun, şəhərdə yaranan gərginliyin ölçüyə sığmadığını bildiriblər.

Britaniyanın xarici işlər naziri Boris Johnson Rusiyanı «Suriya hökumətinin kuklası» adlandırıb və Hələbin bombalanmasının insanlıq üçün rüsvayçılıq olduğunu deyib.

Fransanın xarici işlər naziri Jean-Marc Ayrault bildirib ki, AB nazirləri Suriya və onun müttəfiqlərinə daha ciddi təzyiq göstərmək üçün bütün variantları gözdən keçirirlər.

AB-nin xarici siyasət idarəsinin rəhbəri Federica Mogherini Rusiya qarşı əlavə sanksiyaların gündəmdə olmadığını, Assad rejimiylə bağlı ölçü götürüləcəyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG