Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:51

Kürd komandirləri Mosulda irəli getdiklərini deyirlər


Mosul uğrunda döyüşlər.

Mosul uğrunda döyüşlər.

Oktyabrın 17-də Mosulda raket, bomba səsləri eşidilib, artilleriyadan atəş açılıb. Kürd silahlı qüvvələri 200 kvadrat kilometrlik ərazini İŞİD-dən təmizlədiklərini bildiriblər.

Dünən İraq hökuməti Mosul şəhərini «İslam Dövləti»ndən (İŞİD) azad etməkdən ötrü genişmiqyaslı əməliyyatlara başladığını elan edib. Hücum əməliyyatını kürd peşmərgələr, İraq hökumət qoşunları və ABŞ-ın İD-ə qarşı koalisiyası aparır. İraqın baş naziri Haidar al-Abadi şəhərə başqalarının deyil, yalnız dövlətin ordusunun girəcəyinə söz verib. İraq briqada generalı Haidar Fadhil «The Associated Press»ə müsahibəsində deyib ki, Mosulun qurtarılması uğrunda əməliyyatda 25 min əsgər iştirak edir, onlardan 4 mini kürd döyüşçüləridir.

Əsasən sünnilərin məskunlaşdığı və 1 milyondan çox əhalisi olan Mosul 2014-cü ildən İŞİD-in əlindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG