Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:24

Separatçı komandirin qətlinə görə Donetskdə 3 günlük matəmdir


Arseni Pavlov

Arseni Pavlov

Ukraynanın separatçı Donetsk vilayətində döyüş komandiri Arseniy Pavlovun ölümünə görə 3 günlük matəm elan edilib.

Bu barədə İnterfaks agentliyi xəbər verir.

“Motorola” ləqəbli komandir yaşadığı evin liftinə qoyulmuş əldədüzəltmə bombanın partlaması nəticəsində ölüb.

Qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenko bildirib ki, artıq qətlin sifarişçisinin kim olduğunu bilir.

Amma o, ad çəkməyib.

Qondarma “Xalq şurası”nın rəhbəri Denis Puşulin isə bunun Ukraynanın diversiya-kəşfiyyat qrupu tərəfindən törədilən “terror aktı” olduğunu bildirib.

İnternetdə bu hücuma görə cavabdehliyi üzərinə götürən 4 maskalı adamın videomüraciəti peyda olub.

Onlar həmçinin xəbərdarlıq ediblər ki, növbəti hədəf Donetsk lideri Aleksandr Zaxarçenko ilə Luqansk lideri İgor Plotnitski olacaq.

“Ukrainskaya pravda”nın yazdığına görə videomüraciət artıq sosial şəbəkələrdən çıxarılıb.

Arseniy Pavlov, Slavyansk və İlovaysk ətrafında, həmçinin Donetsk hava limanı və Debaltseva rayonlarında döyüşüb.

“Motorola” ləqəbli bu döyüşçü qəddarlığı ilə tanınır.

Sağlığında şəxsən özü əsirlərə işgəncə verdiyini və güllələdiyini etiraf edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG