Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

«SOCAR Turkey Enerji A.Ş.»nin «Petkim Petrokimya Holding»dəki payının daha bir hissəsini satdığı bildirilir.

APA-nın xəbərinə görə, satılan pay 152 milyon türk lirəsi (49 milyon ABŞ dolları) dəyərində olub.

Şirkət bildirir ki, birjada satılan səhmlərin nominal dəyəri 4.35 lirə, səhmlərin sayı isə 35 milyon ədəddir.

«Bununla da «SOCAR Turkey Enerji A.Ş.»nin payı 54.65 faizdən 53.32 faizədək azalıb», - açıqlamada bildirilir.

«Petkim»in əsas səhmdarı SOCAR-dır.

«Petkim» Türkiyədə fəaliyyətə 1970-ci ildə başlayıb. 2008-ci il mayın 30-da keçirilmiş hərracda «Petkim Petrokimya Holding A.Ş.»nin səhmlərinin böyük hissəsini 2 milyard 40 milyon dollara «SOCAR&Turcas Enerji A.Ş.» əldə edib.

«SOCAR Turkey Enerji A.Ş.» ayın əvvəlində də «Petkim»dəki payının bir hissəsinin satmışdı. Həmin vaxt satılan pay 1.67 faiz təşkil etmişdi.

Şirkət səhm satışının səbəbləri haqda bilgi verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG