Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Ötən həftəyə təsadüf edən Aşura günü (oktyabrın 12-si) qan vermiş 4 min 141 nəfərdən 231-nin qanında təhlükəli infeksiya aşkarlanıb.

Bu barədə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının laboratoriya müdiri Sevinc Məhərrəmova məlumat verib.

S.Məhərrəmova APA-ya deyib ki, 1 nəfərin qanında HİV virusu aşkar edilib. Ancaq bu, aşkarlanan yeganə təhlükəli virus deyil. «83 nəfərin qanında hepatit B, 73 nəfərin qanında hepatit C və 74 nəfərin qanında isə sifilis infeksiyaları aşkar olunub», - laboratoriya müdiri qeyd edib.

Aşura günü ilə bağlı Azərbaycanda keçirilən aksiyada 4 min 141 insanın qan verdiyi bildirilir. Bu aksiya nəticəsində 1863.3 litr qan toplanıb.

Məscidlərdə təşkil olunan qanvermə aksiyasını Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi keçirib.

Qanvermə aksiyasında məqsəd insanların Aşura günü bədənlərinə xəsarət yetirməsinin qarşısını almaqdır.

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi -qətliam baş verib).

Günün bütün mövzuları

XS
SM
MD
LG