Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Gürcüstanda müxalif deput Givi Targamadzenin maşınını partlatmaqda şübhəli bilinən şəxs saxlanıb.

Əvvəllər məhkum olmuş David Xeçuaşviliyə (David Khechuashvili) qarşı ittiham irəli sürülüb.

Bu barədə oktyabrın 17-də daxili işlər nazirliyində keçirilən brifinqdə məlumat verilib.

Tbilisinin müxtəlif yerlərində eyni vaxtda evlər və qarajlarda axtarış aparılıb.

Axtarış vaxtı partlayıcı maaddələr hazırlanması ilə bağlı ədəbiyyat, uzaqdan idarə olunan qurğular, deputatın evi və iş yeri ilə bağlı plan və qeydlər, avtomat silah, optik nişangah, 6 qumbara, 16 patron darağı, 2 mindən çox patron və digər ləvazimatlar aşkar edilib.

Targamadze keçmiş hakim “Vahid milli hərəkat” partiyasından deputatdır.

Oktyabrın 4-də Tbilisidə onun maşını partladılıb.

Partlayış maşının arxa hissəsində baş verdiyindən qabaqda oturmuş deputat və sürücüyə heç nə olmayıb.

Amma ətrafdan ötən 5 nəfər xəsarət alıb.

“Gruzie online” saytının yazdığına görə deputat kiçik kontuziya alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG