Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:41

Növbəti il Nobeli Beyons qazana bilərmi? - İsveç qəzetləri yazır


Svetlana Alekseyeviç 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alır.

Svetlana Alekseyeviç 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alır.

-

Oktyabrın 13-də Ədəbiyyat üzrə Nobel mükafatının laureatı açıqlanıb. Bu Amerikalı müğənni və şair Bob Dylan olub.

Nobel mükafatının vətəni olan İsveçdə isə Bob Dylanın ədəbiyyat üzrə Nobelə layiq görülməsi böyük narahazılıqlar və rişxəndlərlə qarşılanıb. Oxu Zalı İsveç qəzetlərində bu mövzuda yayımlanmış seçmə reaksiyaları təqdim edir.

İsveçdə çıxan “Svenska Dagbladet” (SvD) qəzetinin ədəbi redaktoru Madleine Levy öz qəzetində ritorik bir sual qoyur: “Növbəti ədəbiyyat Nobelini amerikan pop ulduzu Beyonsa qazana bilərmi?”

“İnanmıram”, - deyə o öz sualına cavab verib və Joni Mitchellin Bob Dylan kimi bu mükafata layiq olduğunu yazır.

“Bu tamamilə mümükün deyil. Çoxları bu mükafatı populyar deyil, populist mükafat hesab etməyə başlayıb” – o deyir.

Buna da bax: Azərbaycan yazıçılarının Bob Dylan polemikası: Murakami varkən niyə Dylan?

Madleine Levy SvD qəzetindəki bloqunda yazır ki, bu mükafat “yüksək səviyyəli, ambisiyalı və bəzən də əlçatmaz” mədəniyyətin səviyyənin aşağı düşməsinin göstəricisidir. Həmçinin müəllif keyifiyyətini itirmiş bu mədəniyyətin hər yeri zəbt etdiyini və “demokratizasiya naminə” şüarıyla irələlilədiyini düşünür.

“Hər kəsin əlçatan və ictimai rəyin təsdiqçisi olması heç də demokratikləşmə deyil” – deyə müəllif yazısını bitirib.

“Aftonbladet” qəzetinin mədəniyyət bölümünün redaktoru Åsa Lindborg isə əvvəldən bu mükafatın Dylana verilməsini istəmədiyini yazıb: “Mən Akademiyanın xalq arasında populyarlaşmasının əleyhinəyəm”.

“Morgenbladet” qəzetinin ədəbi tənqidçisi Bernhard Ellefsen isə məsələyə münasibətini tam hədəfə vuran, qısa və konkret cümləylə ifadə edib: “Dylan? Fəryaddır” – deyə Twitter səhifəsində yazıb.

Norveçdəki Bergen Universitetinin ədəbiyyat üzrə professoru Gisle Selnes Bob Dylan haqda kitab yazıb. O Norveçdə NRK-P2 radiosundakı Kulturhuset verilişində çıxışı zamanı Dylanın Nobel mükafatına reaksiyası haqda şərh verərkən deyib ki, “Məncə, o bu mükafatı alarəkən tamamən soyuqqanlılıq nümayəiş etdirdi. O indiyə qədər o qədər mükafatlar alıb ki, Nobel ona heç lazım da deyil. Heç Nobel komitəsinə də Dylan lazım deyil. Bizə indi maraqlı olarn odur ki, görəsən Dylan Nobeli almaq üçün Stokholma gələcəkmi?”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG