Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

Oktyabrın 24-də «Quş qripi» ilə bağlı növbəti monitorinqə start veriləcək. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinin iştirakı ilə aparılacaq.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, monitorinqin köçəri quşların müvəqqəti məskunlaşdığı ehtimal olunan Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

Ölkə ərazisində köçəri və ev quşları arasında aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda «quş qripi» və digər kəskin yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG