Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

Dünya Bankının (DB) Azərbaycan üzrə yeni ölkə meneceri Naveed Hassan Naqvi bu gün - oktyabrın 17-də Bakıya gəlir.

«Report»un xəbərinə görə, onun bir sıra rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.

Oktyabrın 18-də isə DB-nin Cənubi Qafqaz regionu üzrə direktoru xanım Mercy Tembo Azərbaycana gəlməlidir.

M.Tembo yeni ölkə menecerini Azərbaycan hökumətinə təqdim etməlidir. Onun Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov və digər hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulur.

Naveed Hassan Naqvi DB-da fəaliyyətə 2004-cü ildə başlayıb. Bundan öncə isə o, Pakistan hökumətində bir sıra vəzifələrdə çalışıb.

Bankın Azərbaycandakı nümayəndəliyinin keçmiş rəhbəri Larisa Leshchenko-nun səlahiyyət müddəti bu ilin iyununda başa çatıb. O, hazırda karyerasını Liberiyada (Qərbi Afrika) davam etdirir.

XS
SM
MD
LG