Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:16

Yağış kanalizasiya sistemini sıradan çıxarıb


Aramsız yağan yağış paytaxtın bəzi ərazilərində kanalizasiya sistemini sıradan çıxartdığı bildirilir.

«Qafqazinfo» saytının xəbərə görə, şəhərətrafı rayonlarla yanaşı, Bakının mərkəzi küçələri də iflic vəziyyətə düşüb. Heydər Əliyev, Ziya Bünyadov və Babək prospektini sel basıb.

Bundan başqa, xəbərdə Dərnəgül yolunda da kanalizasiya sisteminin sıradan çıxdığı bildirilir. Yağış ilə bərabər kanalizasiya sularının da şəhərin küçələrinə axdığı qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG