Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

Yağışlar Bakı nəqliyyatını iflic hala saldı


Bakıda yağan intensiv yağış paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib.

«Report» bu xəbəri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən yayıb.

Xəbərə görə, hazırda Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (kənar və əsas yolda, mərkəzə doğru), Afiyəddin Cəlilov küçəsi, Nobel prospekti (mərkəzə doğru), Niyazi küçəsi (hər iki istiqamətdə) və Əbdürrəhim bəy Haqverdiyev (Dövlət Statistika Komitəsi istiqamətində) keçəsində tıxac yaranıb.

Bundan başqa, Səməd Vurğun küçəsi («Təzə bazar»a doğru), Abbasqulu ağa Bakıxanov küçəsi (hər iki istiqamətdə, nisbi sıxlıq) və Tbilisi prospektində də böyük sıxlıq olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG