Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:12

Oktyabrın 16-da ABŞ-ın dövlət katibi John Kerry Londonda Britaniyanın xarici işlər naziri Boris Johnson-la görüşüb. Jurnalistlərlə söhbət zamanı onlar Hələbdə bombardmanı dayandırmaqdan ötrü Suriya hökumətinə, Rusiyaya təzyiq göstərməyə çalışacaqlarını, bunun üçün əlavə sanksiyaları götür-qoy etdiklərini deyiblər.

Bundan başqa, hər iki dövlət rəsmisi Suriya prezidenti Bashar al-Assad-ın müttəfiqlərini—Rusiya və İranı yeni sülh danışıqlarına çağırıb.

Suriyada atəşkəslə bağlı əvvəlki danışıqlar keçən ay tərəflər arasında münaqişələr ucbatından dayandırılıb. ABŞ dövlət katibi John Kerry Suriya probleminin həlli üçün yeni yollar axtararaq, keçən həftə region ölkələri rəsmiləri, o cümlədən Rusiya xarici işlər naziri Sergei Lavrov-la görüşüb. Amma danışıqlar nəticə verməyib, tərəflər zorakılığın dayandırılması istiqamətində hər-hansı razılığa gəlməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG