Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

Türkiyədə dövlət çevrilişində indi də "Kurtlar Vadisi" şübhəli bilinir...


"Kurtlar Vadisi: Fələstin" filminin posteri.

"Kurtlar Vadisi: Fələstin" filminin posteri.

-

Türkiyədə 15 iyulda dövlət çevrilişinə uğursuz cəhddən sonra məşhur türk serialı "Kurtlar Vadisi"nin yaradıcısı olan "Pana" filmə qarşı cinayət təhqiqatına başlanılıb. Şirkətin başına bu hadisə 15 iyul günündən əvvəl Türkiyə Müəllif Hüquqları İnstitutuna "Kurtlar Vadisi: Darbe" (Qurtlar Vadisi: Çevriliş) filminin müəllif haqqlarını qeydiyyatdan keçirmək üçün müraciət etməsi üzündən gəlib. 15 iyul günündən sonra Türkiyə Müəllif Hüquqları İnstitutunun rəhbəri Habip Aslan prokurorluğa məktub yazaraq "Pana" film haqqında terrora dəstək şübhəsi ilə cinayət xəbərdarlığı edib. Hadisə ilə bağlı dərhal İstanbul Baş Prokurorluğu cinayət təhqiqatına başlayıb.

Buna da bax: Türkiyədə adamlar 'təhtəlşüura təsir'ə görə də saxlanır

Baş verənlərə münasibətini bildirən "Pana" filmdən "Yeni Şafak" qəzetinə deyiblər ki, əslində bundan öncə Türkiyədə yaxın aylarda dəfələrlə çevriliş cəhdi olub və film də həm çevriliş cəhdlərinin əsasında çəkilib: "15 iyulda baş vermiş xain dövlət çevrilişi cəhdindən əvvəl mətbuatdan diqqətlə izlənilən 7 fevral "MİT krizi" və 17-25 dekabrda baş vermiş xain hücumlar da hökümətimizin ən yüksək pillələrindəkilər tərəfindən dövlətə qarşı çevriliş kimi qiymətləndirilib". - deyə "Pana" film rəsmiləri öz mövqelərini müdafiə ediblər.

"Kurtlar Vadisi: Darbe" filminin hətta treylerləri də internetdə yayılmağa başlamışdı. Ancaq filmin özü hələ də tamaşaçılara təqdim olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG