Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:32

ABŞ-da Galaxy 7 telefonları təyyarəyə buraxılmır.

Qərar oktyabrın 15-dən qüvvəyə minib.

Buna səbəb bu modeldən olan telefonların qızaraq yanmasıdır.

Amma sərnişinlərin heç də hamısı bunu bunu birmənalı qarşılamır.

“Uçuşa gəlib biləndə ki, telefonu xüsusi xidmətə verməlisən, bu dəhşətli olardı”, Los Anceles hava limanından uçan Con Berns adlı Vaşinqton sakini deyir.

Kaliforniya sakini Ted Rozenberq də bunu həddən artıq kəskin tədbir sayır və deyir ki, bir-iki telefonun yanmasına görə, hamısını qadağan eləmək düzgün deyil.

Amma qadağanı dəstəkləyənlər də var. Məsələn, Kara Colli adlı sərnişin deyir ki, telefona görə yana bilən təyyarədə uçmaq istəməzdi.

ABŞ-ın nəqliyyat departamenti xəbərdarlıq edib ki, Galaxy 7 telefonlarını nəyin ki, salano keçirmək, heç yük kimi çamadana da qoymaq olmaz.

Qanunu pozanları cərimə və ya cinayət məsuliyyəti gözləyir.

Samsunq şirkəti oktyabrın 11-dən Galaxy 7 telefonlarını satışdan çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG