Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:54

Nobelə qazanandan sonra Bob Dylanın kitab və albomları ildırım sürətilə satılır


Bob Dylanın yazdığı kitablar.
Bob Dylanın yazdığı kitablar.

-

Bob Dylanın nailiyyətlərinin siyahısı bir neçə gün öncə növbəti dəfə genişlənib, belə ki, müğənni və şair Dylanın adı birdən-birə ədəbiyyat üzrə Nobel mükafatçısı kimi elan olunub.

Xəbər çıxandan dərhal sonra Amazon - online kitab satışı saytında onun "Xronikalar və lirika 1961-2012" kitabının satışı bir günün içində 73,543-dən 209 minə qədər artıb və tezliklə satılıb qurtarıb. "Xronikalar" satış siyahısında 15690-cı yerdən 278-ci yerə qədər qalxıb. Bu haqda "Independent" qəzeti xəbər yayıb.

Buna da bax: Nobel mükafatı laureatı Bob Dylan necə məşhurlaşıb...

Həmçinin Dylanın albomlarının satışı da eyni sürətlə artıb, belə ki, müəllifin ən məşhur xitlərindən ibarət albomu bir neçə günün içində 25 ən çox satılan CD arasında birinci yerə çıxıb.

Xatırladaq ki, Bob Dylan "Böyük Amerikan musiqi ənənələri daxilində yeni poetik ifadələr yaratdığı üçün" Nobel mükafatına layiq görülüb. O 1993-cü ildə Tony Morrisondan sonra bu mükafatı alan ikinci amerikalı ədəbiyyatçıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG