Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Umberto Econun "Sıfır sayı" çıxdı


Umberto Econun Qanun nəşriyyatından çıxan "Sıfır sayı" kitabı.

Umberto Econun Qanun nəşriyyatından çıxan "Sıfır sayı" kitabı.

-

Umberto Econun “Sıfır sayı” kitabı çıxdı

"Qanun" nəşriyyaytından yeni kitab Umberto Econun "Sıfır sayı" adlı növbəti kitabı çıxıb. Yazıçı “Sıfır sayı” əsərində İtaliyanın son illərdəki tarixini gözdən keçirir. Bu əsərdə oxucular “Gladio” adlı gizli təşkilatdan, Roma papasının qətlə yetirilməsindən, hökumət çevrilişlərindən, terror təşkilatlarıyla xüsusi xidmət orqanları arasındakı müəmmalı əlaqələrdən xəbərdar olacaqlar. Umberto Eko bu əsərdə İtaliyanı idarə etmiş faşist hakimiyyətini dərindən araşdırır və mövzunu Mussolininin üzərində qurur.

Yazıçı 1992-ci il İtaliyası ilə Mussolini İtaliyası arasında müqayisələr aparmaqla yanaşı, pis jurnalistliyin insanları necə bir fəlakətə sürükləyə biləcəyini də incə detallarla oxucuya izah edir. “Sıfır sayı” əsəri bir çox dolaşıq və müəmmalı hadisələri bir yerə toplayaraq İtaliyanın son əlliillik tarixi haqqında oxucuda fikir yaradır.

Kitabı dilimizə Samir Bulut çevirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG