Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:36

Göyçaylılar: 'Ya rəis dəyişsin, ya da hər gün yolu bağlayacağıq'


Göyçayda aksiya
Göyçayda aksiya

Bir qrup sakinin fikrincə, rayon yol polisinin rəisi sürücülərə qan uddururOktyabrın 15-də Göyçay rayonunun bir qrup sakini yol polisi rəisinə etiraz etmək üçün bir araya gəlib.

Etirazçılar deyirlər ki...

Aksiya iştirakçılarından olan Malik Əsgərov deyir ki, etirazlarına səbəb indiki yol polisi rəisinin Füzuli adlı keçmiş yol polisini incitməsidir:

“Füzulinin maşını saxlayıb. Halbuki heç bir qayda pozuntusu olmayıb. İşçilərinə deyib, “basın içəri”. Füzuli ondan səbəbini soruşub, əvəzində rəis bunu söyüb. Füzuli rəisi döyüb, aparıblar polisə. Camaat bunu eşidəndə, toplaşaraq Füzulinin buraxılmasını tələb etdi”.

Sakinlərdən Mətin Məmmədov deyir, etirazları təkcə Füzuli adlı sürücünün incidilməsindən deyil, ümumiyyətlə, yeni rəisin göyçaylılara kobud münasibətindən qaynaqlanır:

“Qarşısına çıxanı, yeri gəldi-gəlmədi, cərimələtdirir, maşınını əlindən alır. Adamlarla söyüşlə danışır”.

İcra başçısı olay yerinə gəlib

Sakinlərin sözlərinə görə, hadisə yerinə icra hakimiyyətinin başçısı da gələrək, danışıqlar aparıb:

“Söz verdilər ki, hadisə obyektiv araşdırılacaq. Dağılışdıq. Ancaq indi də bir nəfər aksiya iştirakçısını polisdə saxlayıblar. Buraxmasalar, təzədən toplaşacağıq, həm də sayımız daha çox olacaq. Bəsdir, qarşılarına keçən günahsız adamlara zülm elədilər”.

“Burda heç kəs yoxdur”

AzadlıqRadiosu, hələlik, nə rayonun yol polis rəisi Vüqar Qasımovla, nə də Füzuli adlı keçmiş yol polis əməkdaşı ilə danışa bilməyib. Polis şöbəsindən isə bildiriblər ki, baş verənlər araşdırılır. Şöbədə aksiya iştirakçısının saxlanmasıxəbərini təkzib ediblər:

“Burda heç kəs yoxdur”.

Göyçay rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, 30-a yaxın vətəndaş toplaşaraq yol polis rəisinə etiraz edib. İcra hakimiyyəti məsələyə qarışandan sonra adamlar dağılışıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG