Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Oktyabrın 14-ü Bakı Apelyasiya Məhkəməsində gənc fəal Bayram Məmmədov barəsində çıxarılmış həbs qərarının ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətin geri qaytarılmasından verilən şikayətə baxılıb. Hakim şikayəti təmin etməyib.

Bu haqda gəncin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkil qərarla razılaşmadıqlarını, Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklərini deyib.

B. Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bayram Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Qiyas İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Buna da bax:​ B.Məmmədovun ittiham aktı vəkilinə verilməyib

Gənclərin əslində keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

B.Məmmədov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyirdi. Ancaq Xətai Rayon Məhkəməsinin sentyabrın 23-də bununla bağlı vəsatəti geri qaytarmışdı.

Qiyas İbrahimovun isə hazırda məhkəməsi gedir. O, məhkəmədə deyib ki, məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə, həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG