Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:05

Salvador Dalinin kulinariya kitabı "Amazon"da bestseller oldu


Salvador Dalinin "Taschen" nəşriyyatından çıxan "Dalí: Les Diners de Gala" kitabından bir foto.

Salvador Dalinin "Taschen" nəşriyyatından çıxan "Dalí: Les Diners de Gala" kitabından bir foto.

-

İspan sürrealist rəssmaı Salvador Dalinin Amazon online kitab mağazasında bu yaxınlarda satışa çıxarılmış kulinariya kitabı bestsellerə çevrilib. "Guardian" qəzetinin xəbərinə görə kitab əvvəlcə internet üzərindən satılmağa başlayıb və yalnız noyabrın 20-dən etibarən kitab mağazalarında da satışa çıxarılacaq.

"Dali: Qalanın naharları" (Dalí: Les Diners de Gala) adlanan kitab 43 il ərzində ilk dəfədir ki, çap olunur. Onun tapılıb ortaya çıxarılması və ingiliscə çapı ilə alman nəşriyyatı "Taschen" məşğul olub.

Salvador Dalinin "Dalí: Les Diners de Gala" kitabının üz qabığı.

Salvador Dalinin "Dalí: Les Diners de Gala" kitabının üz qabığı.

Kitabda rəssam və arvadı Qalanın birgə topladıqları 136 resept, həmçinin sürrealist illustrasiyalar və fotolar var. Kitab 12 bölümdən ibarətdir.

Xatırladaq ki, kitab birinci və sonuncu dəfə 1972-cü ildə 400 nüsxə ilə çap olunub. Sonra kitabın bütün nüsxələri özəl kolleksionerlərə satılıb və adi oxucular kitabdan xəbər tutmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG