Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:37

İlham Əliyev: 'Azərbaycan Kəşmirlə bağlı Pakistanı dəstəkləyir'


Məhəmməd Nəvaz Şərifi və İlham Əliyev
Məhəmməd Nəvaz Şərifi və İlham Əliyev

Bakıda rəsmi səfərdə olan Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifi oktyabrın 14-də prezident İlham Əliyev qəbul edib.

İ.Əliyev N.Şəriflə məhdud, ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşüb.

Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.

Prezidenti İlham Əliyev Pakistanın Azərbaycanın ən yaxın dostlardan biri olduğunu deyib. Ölkə başçısı münasibətlərin daha da inkişaf etdirilməli olduğunu ifadə edib.

Buna da bax:​ Prezident Pakistanın baş nazirini qəbul edib

“Biz iqtisadi əməkdaşlığımızı, investisiya sahəsində əməkdaşlığı genişləndirməliyik. Qarşılıqlı ticarət mübadiləsini inkişaf etdirməli, humanitar məsələlərə diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Biz bütün beynəlxalq məsələlərdə bir-birimizi dəstəkləyirik”, deyən İlham Əliyev Azərbaycanın Kəşmirlə bağlı məsələlərdə hər zaman Pakistanı dəstəklədiyini qeyd edib.

“Pakistan da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə hər zaman bizi dəstəkləyir. Baş nazirin bugünkü səfəri görülmüş işlərə yenidən nəzər salmaq və gələcək planları müəyyənləşdirmək üçün yaxşı imkandır”, ölkə başçısı deyib.

Rəsmi saytın xəbərinə görə, Nəvaz Şərif isə son 25 ildə Azərbaycanın əldə etdiyi irəliləyişlərin diqqətəlayiq olduğunu bildirib. O, Azərbaycanın inkişafı və uğurunun bütün müsəlman ölkələrindən ötrü qürur mənbəyi olduğunu qeyd edib.

Buna da bax:​ Pakistanın Azərbaycan sevgisi

Kəşmir vilayətinə Pakistan iddia edir. Onun şimal qərb hissəsi Pakistanın, qalan daha böyük hissəsi isə Hindistanın tərkibindədir.

Qarabağ münaqişəsi isə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Muhammad Nawaz Sharif oktyabrın 13-də Azərbaycana gəlib. Onun səfəri 3 gün çəkəcək. Səfər çərçivəsində Pakistan baş nazirinin azərbaycanlı həmkarı Artur Rəsizadə ilə də görüşəcəyi gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG