Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

Dövlət qeydiyyatına alınmış dərmanların qiymətləri tənzimlənmədən satışı qadağan edilir. Habelə, həmin dərmanlar dövlətin qoyduğu qiymətlərdən fərqli satıla bilməz.

Milli Məclis oktyabrın 14-də «Dərman vasitələri haqqında» qanuna bununla bağlı dəyişiklik edib. APA-nın xəbərin görə, dəyişikliklər bir neçə istiqaməti əhatə edir.

Qanunun 4-cü maddəsinə edilən əlavə dərman vasitələrinin satış rejimi ilə bağlıdır. Dövlət qeydiyyatına alınmış dərmanların qiymətləri tənzimlənmədən satışı qadağan edilir. Üstəlik, dərmanları dövlət tənzimlənməsindən fərqli qiymətlərlə satmaq olmaz.

Qanunun 16-cı maddəsinə görə, istehsalçılar dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən ötrü müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.

Qeyd olunan tələbləri 1 il ərzində 3 dəfə pozanların lisenziyası 6 ayadək dayandırılacaq.

Qanuna edilən digər dəyişiklik bioloji fəallığa malik qida əlavələrinin həkim reseptində yazılmasının qadağan edilməsini nəzərdə tutur.

Bu tip qida əlavələri dərman vasitəsi hesab edilməyəcək. Qanuna bununla bağlı 14-1-ci (bioloji fəallığa malik qida əlavələri) maddə əlavə edilir. Həmin maddəyə görə, bioloji fəallığa malik qida əlavələrini orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkimlər tövsiyə edə bilər. Lakin onlar xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəzləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG