Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

Ermənistan futbol millisinin baş məşqçisi Varujan Sukiasyan istefa verib.

Bu barədə oktyabrın 14-də Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Sukiasyan bu vəzifəyə 2015-ci ilin dekabrında təyin edilmişdi.

Komanda onun rəhbərliyi altında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi 3 görüşün hamısında məğlub olub.

Danimarkaya 1:0, Rumınyaya 5:0, Polşaya isə 2:1 hesabı ilə uduzan Ermənistan millisi hazırda qrupda sonuncu yerdədir.

Ermənistan Danimarka, Polşa, Rumınya, Monteneqro və Qazaxıstanla bir qrupda mübarizə aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG