Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Müdafiə Nazirliyinin rəhbərliyi oktyabrın 14-də cəbhəboyu zonada yeni tikilən bir neçə hərbi hissədə aparılan inşaat işlərinin gedişini yoxlayıb.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərə görə, nazirə hərbi şəhərciklərdə su, qaz, istilik sistemləri ilə təmin olunmuş qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, saxlanclar və digər inzibati binalarla bağlı məruzə edilib.

Zakir Həsənovun inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar tapşırıqlar verdiyi bildirilir.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Aprel döyüşlərindən sonra müdafiə naziri tez-tez cəbhə bölgələrinə səfər edir. O, indi də oktyabrın 12-dən cəbhə bölgəsindədir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG