Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:10

Azərbaycanın Ermənistan silahlı bölmələrinin nəzarətində olan yollarının uzunluğu və körpülərinin sayı açıqlanıb.

«Trend» bu məlumatı «Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədova istinadən yayıb.

S.Məmmədov deyib ki, hazırda «Azəravtoyol» ASC-nin balansında 17 min 542 kilometr uzunluğunda avtomobil yolu var. Onun bildirməsinə görə, həmin yolların 4 min 385 kilometri respublika, 13 min 157 kilometri isə yerli əhəmiyyətlidir: «Bu yollardan 2 min 670 kilometri hazırda Ermənistanın işğal etdiyi ərazilərdə qalıb. Cəmiyyətin balansında 1299 ədəd körpü var. Bu körpülərdən də 160-ı işğal olunmuş ərazilərdə yerləşir».

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG