Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:17

Vergilər Nazirliyi borca görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılan ödəyicilərin yenilənmiş siyahısını açıqlayıb.

Nazirliyin məlumatına görə, bu il oktyabrın 13-nə kimi vergidən yayınan 383 fiziki və 594 hüquqi şəxsin icra orqanı rəhbərlərinin ölkədən çıxışı məhdudlaşdırılıb.

Bu, öncəki aylara görə çoxdur. Bu il iyulun 25-nə kimi vergidən yayınan 283 fiziki və 313 hüquqi şəxsin icra orqanı rəhbərlərinin adı siyahıda qeyd olunurdu.

Ancaq nazirlik ümumilikdə həmin fiziki və hüquqi şəxslərin nə qədər borcu olmasını açıqlamayıb. Qanuna görə, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 926 milyon 185 min manat vəsait daxil olub. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 168 milyon manat azdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG