Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:24

Türkiyə ilə Suriyanın sərhədi yaxınlığında partlayış olub, 17 nəfər ölüb, 25 yaralı var.

Şahidlərin dediyinə görə, Suriya sərhəd keçid məntəqəsinin 2 kilometrliyində avtomobil partlayıb. Ölənlərin çoxu Suriya qiyamçılarıdır. Yaralıları yaxınlıqdakı Türkiyə xəstəxanalarına aparıblar.

Hadisənin baş verdiyi yer Türkiyə və Qərbin dayaq durduğu qiyamçıların istehkamı sayılan Azaza yaxındır. Bu ərazidəki qiyamçılar «İslam Dövlətin»nə (İŞİD) qarşı əməliyyatlarda iştirak edirlər.

Bir həftə əvvəl də bir İŞİD yaraqlısı özünü Türkiyə-Suriya sərhədində partlatmış, 25 nəfəri öldürmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG