Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:32

'Clinton-a səs vermək müharibəyə səs verməkdir'- Zhirinovsky


Vladimir Zhirinovsky

Vladimir Zhirinovsky

«Donald Trump-ı seçin, yoxsa nüvə müharibəsi olacaq». Bu, Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının sədri Vladimir Zhirinovsky-nin ABŞ seçicilərinə məsləhətidir. Adətən odlu-alovlu, hədələyici çıxışlarıyla diqqəti çəkən Zhirinovsky prezidentliyə respublikaçıların namizədi Donald Trump-ı tərifləyib, deyib ki, noyabrın 8-də səsverməyə gedəcək hər bir amerikalı bilməlidir ki, Trump-a səs verərsə, planetdə sülhə səs vermiş olar. Demokratların namizədi Hillary Clinton-un seçilməsi müharibə ilə nəticələnər: «Hər şey qısa film kimi bitər. Hər yer Hiroşima və Naqasaki olar».

Zhirinovsky nə qədər təhlükəli, şovinist çıxışlar etsə də, çoxları onu ciddiyə almır. Zhirinovsky-nin Liberal Demokrat Partiyası Dumada hakim partiyanın qərarlarını demək olar ki, həmişə dəstəkləyir.

Bir dəfə Zhirinovsky ölkənin cənubuna, daha çox müsəlmanların yaşadığı ərazilərə tikanlı məftillər çəkməyi məsləhət görmüşdü. Donald Trump da ABŞ-ın Meksikayla sərhədinə divar çəkməklə bağlı çağırış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG