Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:10

Nobel mükafatı laureatı Bob Dylan necə məşhurlaşıb...


Bob Dylan
Bob Dylan

Bob Dylan əslində Amerikada folk-rock musiqiçisidir, ancaq onun söz və musiqisini yazdığı yüzlərlə məşhur mahnıya görə şair də hesab edənlər var. Oxu Zalı müğənni və şair Bob Dylan haqda məqaləni təqdim edir.

-

Bob Dylan Rusiyadan olan yəhudi mühacirin nəvəsidir, onun əsl adı Robert Alen Zimmermandır, o 24 may 1941-ci ildə Minnesota ştatının Dulul şəhərində dünyaya gəlib. Bobum şeirə və musiqiyə həvəsi lap körpəliyindən başlayıb o 10 yaşı olanda şeir yazmağa 12 yaşında isə piano və gitarada ifa etməyə maşlayır. Yeniyetmə çağında roknrolla maraqlanan Bob Minnepolis şəhərinə gəlib univerisitetə daxil olduqdan sonra roknrollun yaradıcılarından olan Henk Vilyams, Robert Conson və Vudi Gatrinin musiqiləri ilə tanış olur.

Bob Dylanın gənclik illəri.
Bob Dylanın gənclik illəri.

Elə o vaxtlardan Zimmerman kiçik klublarda çıxış etməyə başlayır, bəzən öz bəslədiyi mahnıları oxuyurdu. Bir qədər sonra o Univerisiteti birdəfəlik atıb Nyu-Yorka arzularının arxasıyca gedir. Orda soyadı olan Zimmermanı dəyişibBöyük amerikan şairi Dylan Tomas-ın şərəfinə özünə Dylan ləqəbini götürür. Bob Dylan folk-rock çevrələrində musiqisi və bəstələri ilə olduqca tez məşhurlaşıb 1962-ci ildə “Columbia records” şirkəti ilə müqavilə imzalayır.

Buna da bax: Ədəbiyyat üzrə Nobel Bob Dilana verildi

Bəstəkarlıq qabiliyyətinə elə də arxalanmıyan musiqiçi, buna baxmayaraq öz bəstələrindən ibarət ilk albomunu buraxır. Ancaq sonradan vəziyyət dəyişir və ikinci albomunu buraxanda Dylanın şəxsi bəstələri insanların xoşuna gəlməyə başlayır. “Another side of Bob Dylan” albomundan sonra musiqiçi Joan Baez-lə görüşməyə başlayır. Joan onun üçün konsertlər təşkil edir, Bob isə Joan üçün mahnılar yazır. Ancaq münasibət uzun müddət davam etmir və Bobla Joan ayrılırlar, Bob menecerinin arvadının rəfiqəsi Sara Loundeslə evlənir.

Bob Dylan 2012-ci ildə ABŞ prezidenti Barack Obamadan "Azadlıq medalı" alarkən.
Bob Dylan 2012-ci ildə ABŞ prezidenti Barack Obamadan "Azadlıq medalı" alarkən.

1965-ci ildə musiqiçi öz mahnılarını elektron musiqi alətəri ilə ifa etməyə başlayır və daha sərt musiqilər yazır. 1966-cı ildə Bob ciddi avtomobil qəzasına düşür və uzun müddətlik publika qarşısına çıxmır. Ancaq yenə də studiyada işləməyə davam edir. O illər Bob Dylanın “John Wesley Harding” mahnısı musiqi çartlarında ikinci yerə çıxır, bunun ardınca isə “Nashville Skyline” albomu gəlir və böyük uğursuzluğa düçar olur. Uğursuzluğundan depressiyaya düşmüş Bob haqda pərəstişkarları arasında söz-söhbət yayılır ki, o artıq musiqi kariyerasının qürubunu yaşamaqdadır.

Bob Dylanı sislsilə uğursuzluqlardan “Pat Garret and Billy the kid” filmi xilas edir. Film özü uğur qazanmasa da filmin Dylan tərəfindən yazılmış soundtrecki "Knockin' on Heaven's Door" görünməmiş uğur qazanır və Amerika üzrə musiqi Top 20-liyinin başında yer alır.Müğənni 1974-cü ildə ilk dəfə musiqi turnesinə çıxaraq dünyanı gəzir, bu turnedə onu “Band” qrupunun musiqiçiləri müşayət edir. Musiqi həyatında uğurlar qazanan müğənninin bu dəfə də şəxi həyatında silsilə uğursuzluqlar başlayır, arvadı Sara Loundeslə araları dəyir və tezliklə boşanırlar. Bob Dylan Boşanma ərəfəsində yenidən depressiyaya düşür və keçmiş arvadı üçün emosional bir albom “Blood on the tracks”ı yazır.

Arvadından boşandıqdan sonra dinlə maraqlanmağa başlayan Bob ortodoksal xristianlığa meyl edərək dini mövzulu yeni albomunu buraxır. Bir az sonra dindən də soyuyan müğənni 1983-cü ildə Mark Nopflerlə birlikdə tamam yeni ruhda, müasir stildə “İnfields” albomunu çıxardır. 90-lara doğru yaradıcılığı enən xəttlə inkişaf edən musiqiçinin bu illər ərzində cəmi iki albomu çıxır.

Bob Dylan haqqında Todd Haynes tərəfindən çəkilmiş "I'm Not There" filminin treyleri.

Bob Dylanı böyük auditoriyaya tanıdan isə onun haqda Hollywooda , çəkilmiş “I'm Not There” (Mən burda yoxam) filmi olur. 2007-ci ildə çəkilmiş yarısənədli filmdə, Cate Blanchett, Christian Bale, Richard Gere kimi tanınmış aktyorlar oynayır. Qəribəsi odur ki, Bob Dylan rolunu qadın aktrisa Cate Blanchett oynayır və film böyük uğur qazanır. Filmin musiqi Bob Dylanın özünə məxsusdur.

2016-cı ildə Nobel mükafatına layiq görülən müğənni, İsveç Elmlər Akademiyasının bəyənatına görə "Böyük Amerikan musiqi ənənələri daxilində yeni poetik ifadələr yaratdığı üçün" bu mükafata layiq görülüb. Mükafatın verilməsi ilə bağlı təntənəli mərasim dekabrın 10-da Stokholmda gerçəkləşəcək. Xatırladaq ki, 2016-cı il üçün Nobel mükafatının miqdarı 8 milyon isveç kronu, yəni 923 min ABŞ dollarıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG