Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:17

Yay mövsümündə ilan vurmasından 82 nəfər, qara qurd sancmasından isə 10 nəfər Klinik Tibbi Mərkəzə gətirilib.

APA-nın xəbərinə görə, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, avqust-sentyabr aylarında göbələklərdən zəhərlənmə ilə bağlı 5 nəfər mərkəzə müraciət edib.

A.Maqsudov qeyd edib ki, bu ilin 9 ayı ərzində ümumilikdə 1730 nəfər müxtəlif zəhərlənmələrlə toksikologiya şöbəsinə müraciət edib, onlardan 1605 nəfər qəbul olunub. Onlardan 244-ü dəm qazından, 74-ü spirtli içkidən, 823 nəfər isə dərmandan zəhərlənib.

Şöbə müdirinin bildirməsinə görə, toksikoloji zəhərlənmələrdən ölüm halı ötən illə müqayisədə azalıb. Ötən ilin 9 ayı ərzində 46 ölüm halı qeydə alınmışdısa, bu il həmin göstərici 39 olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG