Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:16

Oktyabrın 14-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 11-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da fasilələrlə yağış gözlənilir. Xüsusilə gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı bildirilir. Gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG