Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:35

Maradona dünya ulduzlarının matçında rəqiblə sözləşdi


Diego Maradona

Diego Maradona

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona oyun vaxtı həmyerlisi Xuan Sebastyan Veronla sözləşib.

İnsident xeyriyyə məqsədilə Romada keçirilən “Dünya matçı”nda baş verib.

Maradonanın komandasına qarşı oynayan Veron oyunun birinci hissəsində Maradonanı ehmalca yıxıb.

Komandalar fasiləyə yollanarkən Maradona həmyerlisinə yaxınlaşıb və kəskin tərzdə ona nəsə deyib.

Maradona oyundan sonra məsələyə münasibət bildirərkən baş verənlərə əhəmiyyət vermədiyini, Verona isə bir futbolçu kimi hörmət etdiyini deyib.

Soccernews.ru-nun məlumatına görə isə Maradona lap bu yaxınlarda Argentina millisinin baş məşqçiliyindən uzaqlaşdırılmasında Veronun əli olduğunu deyib.

Oyuna gəldikdə isə Roma papası Francisin təşəbbüsü ilə təşkil edilən görüşdə Ronaldinonun komandası Maradonanın komandasına 4:3 hesabı ilə qalib gəlib.

Görüşdən əldə olunan vəsait avqustun 24-də İtaliyada zəlzələdən zərər çəkənlər də daxil olmaqla hümanitar məqsədlərə sərf olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG