Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Konstitusiya quruluşunu dəyişənlərə ömürlük cəza


Dindarların Təhsil Nazirliyi qarşısında aksiyası - 2010

Dindarların Təhsil Nazirliyi qarşısında aksiyası - 2010

Azərbaycanda dini fanatizm və radikalizm zəminində məcburi etiqada, mərasim keçirməyə, dini təhsil almağa vadar etməyə görə sərt cəzalar tətbiq olunur.

APA-nın xəbərinə görə, oktyabrın 13-ü Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Cinayət Məcəlləsinə bununla bağlı edilən dəyişikliklər müzakirə olunub.

Dəyişikliyə görə, həmin hallara yol verən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək və ya 2 ildən 5 ilədək həbs ediləcəklər.

Cinayət Məcəlləsinə təklif edilən 278.2 maddədə isə daha ağır cəzadan söhbət gedir. Azərbaycanda Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini radikalizm zəminində törədilməsi 15 ildən 20 ilədək həbs nəzərdə tutur. Hətta həmin şəxs və şəxslərə ömürlük cəza da verilə bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG