Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:12

Bu gün, oktyabrın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda İnzibati Xətalar Məcəlləsinə yeni 517-1 maddəsinin əlavə edilməsi müzakirə olunub.

Maddəyə əsasən, Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar cəzalandırılacaq. Söhbət əməliyyat ərazisində giriş-çıxışa mane olmaqdan, lazım olduğu təqdirdə köçürülmə tələblərinə müsbət cavab verməməkdən, nəqliyyat vasitələrinin yoxlanmasına imkan verilməməsindən gedir.

Həmin pozuntulara yol verən fiziki şəxslər 50 manatdan 80 manata qədər cərimə olunacaq. Bəzi hallarda həmin şəxslərə 15 günədək inzibati həbs cəzası da verilə bilər. Vəzifəli şəxslər 450 manatdan 600 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 3000 manata qədər cərimələnəcəklər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BAŞQA CƏZALAR

Sözügedən komitələr Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsini də müzakirə ediblər. Orda isə söhbət islam dininə aid mərasimləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs apararsa, üzləşəcəyi cəzadan gedir. O, 2000 manatdan 5000 manatadək cərimə, yaxud bir ilədək azadlıqdan məhrum edilə bilər.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə isə, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların səslənməsinə görə də cəza nəzərdə tutulur. Bu məsələdə adi vətəndaşların 2000 manatdan 2500, vəzifəli şəxslərin 8000 manatdan 9000, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək cərimə olunmaları öz əksini tapıb.

Eyni zamanda, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin 2000 manatdan 2500 manatadək cərimə olunmaqla inzibati qaydada Azərbaycan hüdudlarından kənara çıxarılmaları təklif olunub. Hər iki layihə MM-in plenar iclasına tövsiyə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG