Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Oktyabrın 12-də Rusiya təhlükəsizlik xidmətinin əməkdaşları daha bir neçə Krım tatarını həbs ediblər. Həbsdən əvvəl Krım kəndlərindəki bəzi evlərdə axtarış aparılıb.

Məlumatı tatar fəalları Facebook səhifələrində yayıb, axtarışın getdiyini əks etdirən videolar paylaşıblar. Videolarda tatar kəndləri sakinlərinin etiraz aksiyası keçirdiyi, ərəbcə şüarlar səsləndirdiyi, təhlükəsizlik qüvvələriylə toqquşmalar görünür. Bütün bu hadisələrlə bağlı rəsmi açıqlama verilmir.

«RIA Novosti» agentliyi qadağan olunmuş «Hizb ut-Tahrir» islamçı qrupunun başçılarının həbs olunduğunu yazır.

Beynəlxalq hüquq müdafiəçiləri və Qərb Moskvanı Krımda yaşayan türkdilli xalq—tatarları təqib etdiyinə görə dəfələrlə qınayıb.

Rusiya Krımı 2014-cü ildə Ukraynadan ayıraraq, öz ərazisi elan edib.

XS
SM
MD
LG