Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:59

Rusiyanın iri neft şirkəti «Rosneft» «Başneft»in yarıdan çoxu dövlətə məxsus olan səhmlərini alıb və bundan ötrü büdcəyə 5.2 milyard dollar ödəyib. «Rosneft»in özü də dövlət tərəfindən idarə olunur, səhmlərinin böyük hissəsi dövlətindir. Bu o deməkdir ki, indi Kreml hər iki şirkətə tam nəzarət edə biləcək.

Rusiya prezidenti Vladimir Putin satışın başa çatdığını elan edərkən, Kremlin daxilində bu məsələylə bağlı fikir ayrılıqlarının olduğunu, rəhbərliyin «Rosneft»in icraçı direktoru Igor Sechin-ə verilməsinə etiraz edənlərin çoxluğunu etiraf edib. Amma sonda «Rosneft»in səhmlər üçün hamıdan artıq qiymət təklif etdiyini və mübarizədən qalib çıxdığını deyib. Igor Sechin Putin-in ən güclü müttəfiqlərindən biridir.

Kreml «Başneft»in özəlləşdirilməsinin dövlətin neft sektoruna nəzarətinin gücləndirilməsi baxımından əhəmiyyətli addım olduğunu bildirir. Amma iqtisadçılar bu satışı tənqid edib, bir dövlət şirkətinin digərinə satılmasının özəlləşdirmə olmadığını, Rusiyanın dövlət kapitalizmi qurduğunu, iqtisadiyyatı monopoliyalaşdırdığını deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG