Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

Qanunvericilik referendum aktına uyğunlaşdırılır


İlham Əliyev sənədlərə imza atarkən

İlham Əliyev sənədlərə imza atarkən

Prezident İlham Əliyev oktyabrın 12-də ümumxalq səsverməsinə çıxarılaraq qəbul edilən konstitusiya dəyişikliklərinin qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti altı ay ərzində konstitusiyaya dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etməlidir. Həmin müddətdə həmçinin, Nazirlər Kabinetinin normativ hüquqi aktları referendum aktına uyğunlaşdırılmalıdır.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının buna uyğunlaşdırılmasını təmin etməlidir.

Buna da bax:​ Referendumdan sonra ATƏT-lə hökumət yenidən dostlaşır?

Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib.

Referendumla Konstitusiyaya bir sıra, dəyişikliklər edilib. Orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Oktyabrın 11-də Mərkəzi Seçki Komissiyası referenduma yekun vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG