Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:19

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə oktyabrın 12-də ölkənin 15 məscidində qanvermə aksiyası keçirilir.

«Report» xəbər verir ki, «Təzəpir məscidi»ndə keçirilən qanvermə aksiyasında əhalinin fəallığı hiss olunur.

Səhər saatları olmasına baxmayaraq, artıq 400-ə qədər şəxsin qan verdiyi deyilir.

Həkimlər gələnlərdən ilk növbədə hansısa xəstəliklərinin olub-olmadığını soruşur. Daha sonra hemoqlobinin səviyyəsi ölçülür və qan götürülür.

Azərbaycanda son 12 ildə Aşura günündə qanvermə aksiyası ənənəyə çevrilib. Toplanan qan, əsasən, talassemiyalı xəstələrdən ötrü nəzərdə tutulur.

Bu gün, oktyabrın 12-si «Aşura» mərasimi qeyd edilir.

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG