Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

Birləşmiş Ştatlar Türkiyə və İraqı razılığa gəlməyə çağırıb, eyni zamanda Türkiyənin İraqda ordu saxlaması üçün Bağdaddan icazə almalı olduğunu bildirib.

Narazılığa səbəb Türkiyənin İraqın şimalına yerləşdirdiyi qüvvələrin mandatını artırmasıdır. İraq hökuməti ümumiyyətlə, türk əsgərlərinin ölkədən çıxmasını tələb edir, türklərin müdaxiləsinə ehtiyac olmadığını deyir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan isə oktyabrın 11-də İraqla bağlı xüsusi çıxış edərək, əsgərlərini orda saxlamaq üçün icazəyə ehtiyacları olmadığını söyləyib. Ankara Mosula göndərdiyi əsgərlərin İŞİD-lə mübarizə aparan döyüşçülərə təlim keçdiyini bildirir.

Amma ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby İraqa yalnız İraq hökumətinin dəvəti ilə silahlı qüvvə yerləşdirilə biləcəyini və bu dəstələrin koalisiya qüvvələrinə qoşulmalı olduğunu deyib. «İraqa yerləşən Türkiyə silahlı qüvvələri beynəlxalq koalisiyanın tərkibində deyil»,- John Kirby belə deyib.

Türkiyə silahlı qüvvələrinin İraqda yerləşdiyi ərazidə, əsasən, türkmanlar yaşayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG