Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:27

Uşaqları böyüklərin xəstəliklərinə düçar edən nədir?


Yeni araşdırmalara görə əvvəllər yalnız böyüklərin xəstəlikləri sayılan 2-ci qrup diabet və yüksək qan təzyiqi indi artıq uşaqlarda da müşahidə olunur. Bunun başlıca səbəbi olaraq fast-food yeməklərinin, sərinləşdirici şirin suların, şirniyyatın ifrat qəbuludur. Bütün bunlar vaxtının çoxunu kompüter arxasında keçirən uşaqların piylənməsinə yol açır. Piylənmə isə əksər xəstəliklərin, ilk növbədə diabetin qapısıdır.

Hazırda bütün dünyada uşaqlar arasında 2-ci tip diabetdən əzab çəkənlərin sayı 3,5 milyon nəfərə çatıb.

Bu da bildirlir ki, bütün dünyada 24 milyon uşağın yüksək qan təzyiqi var.

Misirdə uşaqların 35, 5 faizində piylənmə qeydə alınıb. 2013-cü ildə bu rəqəm Yunanıstanda 31, 4, Səudiyyədə 30, 5, ABŞ-da 29, 3, Meksikada 28, 9 və Britaniyada 27, 7 faiz olub.

Lakin BMT-nin və Dünya Piylənmə Federasiyasının reytinqlərində Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan haqqında məlumat yoxdur.

“İNSANLARIN ERKƏN SIRADAN ÇIXMASI TENDENSİYASI YARANIB.”

Həkim ekspert Adil Qeybulla deyir ki, əsas problem ondadır ki, dünya əhalisinin bu gün təbii qidalarla təchiz etmək çətin məsələdir. Bu da bir çox insanın erkən yaşdan müxtəlif xəstəliklərə tutulması ilə nəticələnir:

Adil Qeybulla
Gözlə
Embed

No media source currently available

0:00 0:02:38 0:00

“Əslində şəkərli diabetin xüsusi çəkisinin artma tendensiyası bütün dünya üzrə müşahidə edilir. Bu, insanların həddən artıq qida qəbul etməsi, az hərəkəti ilə bağlıdır. Birinci faktor. Təbii ki, genetik faktorun burda rolu danılmazdır və genetik olaraq şəkərli diabetlə doğulmuş uşaqlara da artan dinamika ilə rast gəlinir. Amma ümumiyyətlə həyat tərzi burda əsas məsələdir. Yəni siz diqqət etsəz bu gün Azərbaycanın özündə də, bütün dünyada qida problemi var. Yəni dünya əhalisinin bu gün təbii qidalarla təchiz etmək çox ciddi bir problemə çevrilib. Genetik motifikasiya olunmuş qidaların ideyası da, müxtəlif cür yeni qidalanma növləri əslində bundan qaynaqlanır. Yeni qidalanma şəraiti yaranıb. Qidanın keyfiyyət parametrləri dəyişib. Bura fast-foodlar da aiddir, genetik motifikasiya olunmuş qidalar da aiddir. İnsanların erkən sıradan çıxması tendensiyası var...”

“ARTIQ ÇƏKİSİ OLAN UŞAQLARDA ŞƏKƏRLİ DİABET XƏSTƏLİYİ DAHA ÇOX OLUR”

Həkim ekspert Vasif İsmayıl isə deyir ki, son vaxtlar uşaqların bəziləri artıq çəkidən əziyyət çəkir. Bu da sonradan diabet və ya cinsi inkişafın gecikməsi kimi bəzi fəsadlara yol açır:

Vasif İsmayıl
Gözlə
Embed

No media source currently available

0:00 0:01:17 0:00

“Məndə Azərbaycanda uşaqlar arasında diabet xəstəliyinin nə qədər yayıldığına dair dəqiq bir statistika yoxdur. Amma bir şeyi dəqiq deyə bilərəm ki, Azərbaycanda son illərdə, xüsusilə son 5-6 ildə uşaqlar arasında köklük çox artıb. Bu uşaqlarda cinsi inkişaf zəif olduğu üçün bunlar həkimə müraciət edirlər. Elm də göstərir ki, artıq çəkisi olan uşaqlarda şəkərli diabet xəstəliyi daha çox olur, daha erkən başlayır və daha pis gedir. Bu da bir faktdır. Elm bunu göstərir. Bu köklüyün də də əsas səbəbi yeməkdir. Fast-food tərzində tez həzm olunan, şəkərli-qazlı içəcəklər, kartof, qarğıdalı çipsiləri, hamburqerlər, peçenyelər, bunların çoxlu istifadə olunmasından meydana gəlir.

“HƏR ŞEY TƏBİƏTƏ QAYIDARSA”

Respublikanın Baş pediatrı Nəsib Quliyev deyir ki, bu xəstəliklərin qarşısını almaq üçün gərəkdir ki, əvvəlcə təmiz ekologiya və təbii qidalanma lazımdır:

Nəsib Quliyev
Gözlə
Embed

No media source currently available

0:00 0:01:06 0:00

“Gərək ekologiya dəyişdirilsin, qidalanma dəyişdirilsin, cəmiyyətin münasibəti də dəyişsin. Bunları da etmək qeyri-mümkündür. Bu gün üçün onlar çox mürəkkəb məsələlərdir. Dünyada nə qədər kataklizmlər var, hadisələr var. Hər şey ziyana doğru gedir. Ekologiyayla bağlı dünyada cəhdlər var ki, tədbir görsünlər. İstəyirlər qarşısı alınsın. Amma elə bir nəticə yoxdur. Yəni bu məsələlər mürəkkəb məsələlərdir. Əgər bir yerdə, ölkələrdə müharibələr gedirsə, gərginlik yaranırsa, biz onun qarşısını necə alaq? Yəni hər şey təbiətə, təbiiliyə qayıdarsa onda bu məsələlər geriyə dönə bilər. Başqa cür mümkün deyil. Fast food, ayaqüstü yeməklərin dünyada qarşısını kəssinlər də. Onun çoxlu zərərləri var. Çox sayda. Söhbət təkcə diabetdən getmir. Həmin iş adamlarının qarşısını ala bilərlərmi?”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG