Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

Rusiya prezidenti Parisə səfərdən imtina edib.

Bu barədə oktyabrın 11-də TASS agentliyi Kremldəki mənbələrə istinadla məlumat yayıb.

Oktyabrın 19-da Parisdə Vladimir Putinlə fransa prezidenti Francois Hollande arasında görüş olmalı idi.

Reutersin bundan əvvəl Fransadakı mənbələrə istinadla verdiyi məlumata görə, Putin Hollandenin bu görüşdə yalnız Hələb məsələsini müzakirə etmək istədiyini bildikdən sonra belə bir addım atıb.

Bu günlərdə məlum olub ki, Fransa, Suriya və Rusiya ordularının Hələbin şərqində hərbi cinayətlər törətməsi ilə bağlı beynəlxalq cinayət məhkəməsinə müraciət edə bilər.

Qeyd edək ki, sentyabrın ortalarında Suriyada atəşkəs rejimi pozulduqdan sonra Rusiya və Suriya orduları Hələbin şərq rayonlarına intensiz hava zərbələri endirirlər.

Reuters yazır ki, Hələb uğrunda döyüş, 5 illik Suriya müharibəsində yeni dönüş məntəqəsinə çevirilə bilər.

ABŞ dövlət katibi John Kerry də oktyabrın 7-də bildirib ki, Moskva ilə Dəməşqin Suriyada dinc sakinlərə qarşı hərəkətləri xüsusi araşdırma tələb edir və günahkarlar cəzalandırılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG