Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

Oktyabrın 10-da Bakıda «AzRusTrans» Qapalı Səhmdar Cəmiyyətinin təqdimatı olub.

Şirkət qarşısına Azərbaycan, Rusiya, Gürcüstan, İran və Türkiyə arasında dəmiryol nəqliyyatı ilə yük daşımalarını artırmaq vəzifəsi qoyur.

«Turan»ın xəbərinə görə, tərəflər dəmiryol nəqliyyatı xidmətinin inkişafı, rəqabətqabiliyyətli logistika sistemi yaradılması perspektivini müzakirə ediblər. Yeni birgə müəssisə vaqon parkını birləşdirərək ilk vaxtlar taxıl və meşə materialları daşımaqla məşğul olacaq.

«Azərbaycan Dəmir Yolları»nın hesablamasına görə, yeni nəqliyyat şirkətinin hesabına dəmiryol daşımalarının həcmi ikiqat arta bilər. Şirkət Rusiya və Qazaxıstan taxılını qonşu ölkələrə (Türkiyə, Gürcüstan, İran) daşıya bilər.

«AzRusTrans» QSC-nin təqdimatında «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov, «Rusagrotrans» QSC-nin direktoru Yury Kim və başqa rəsmilər iştirak edib.

«AzRusTrans» QSC-nin təsisçiləri «Azərbaycan Dəmir Yolları» və «Rusagrotrans»dır. Tərəflər şirkətin kapitalına 150 min manat qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG