Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:29

Cənubi Koreyanın “Samsung” şirkəti bütün tərəfdaşlarına Galaxy Note 7 smartfonlarının satışı və dəyişdirilməsinin dayandırılmasını xahiş edib.

Həmçinin şirkət istifadəçilərini Galaxy 7 modelindən istifadə etməməyə çağırıb.

Reuters agentliyinin məlumatına görə, buna səbəb Galaxy 7 smartfonunun batareyasının qızışaraq yanması barədə yeni məlumatlar olub.

Bu smartfonların satışına avqustun 19-dan başlanmışdı.

Qeyd edək ki, konsern sentyabrın 2-də eyni səbəbdən 2 milyon yarım smartfonu geri çağırıb.

Bu cür yeni hallarla bağlı son məlumatlar şirkətin keyfiyyətə nəzarət edə bilməsini kölgə altında qoyur.

Xatırladaq ki, bundan əvvəl şirkətin buraxdığı paltaryuyan maşınların da partlaması barədə məlumat yayılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG