Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:43

Azərbaycan ərazisində tanınan xarici ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası istifadəyə verilib.

Xəbəri Təhsil Nazirliyi yayıb.

Məlumat bazasında ilkin olaraq 2013-cü il mayın 13-dən indiyədək ekvivalentliyi müəyyən edilmiş xarici ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumatlar yerləşdirilib.

Axtarış panelində diplomu təsdiq olunmuş şəxsin soyadı, adı, atasının adı yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür.

Məlumat bazası yenilənəcək.

Bazadakı məlumatlardan həm xaricdə təhsil alanlar, həm də onları işə götürənlər yararlana bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG