Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:23

Cəmil Məmmədov reanimasiyadan çıxmayıb


«Özümü, hələ ki, yaxşı hiss etmirəm. Kürəyim və sifətim xaric hər yerim yanıb».

Bunu AzadlıqRadiosuna oktyabrın 6-da özünü yandıran və hazırda xəstəxanada müalicə alan II qrup əlil Cəmil Məmmədov bildirib.

Onun deməsinə görə, yanıq daxili orqanlara nüfuz etməyib, amma bədən hissəsi, ayaqları, əlləri yanıb: «Hələ də reanimasiyadayam, nə vaxt palataya köçürüləcəyim barədə bir söz demirlər».

C.Məmmədov bir daha özünün yandırmasının səbəblərinə toxunub: «Mənə deyirlər ki, 43 min manat cərimən var. Bunu tələb edirdilər, mən də həmin maşınla ailə dolandırıram. Birincisi o qədər cərimə ola bilməz. İkincisi, bu maşını əlilliyimlə bağlı iki ildir ki, mənə veriblər. Onda belə çıxır ki, mən elə bütün günü yol qaydalarını pozmaqla məşğul olmuşam. Bu qədər də insafsızlıq olar. Mən də, sözün düzü, bezdim, canıma qəsd etdim».

Bir neçə gün bundan öncə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirmişdi ki, Cəmil Məmmədov davamlı olaraq yol hərəkatı qaydalarını pozub. Üstəlik, o, Qarabağ əlili deyil. Cəmil Məmmədov həmin fikirlərə də münasibət bildirməyi unutmayıb: «Haqqında danışdığım maşını mənə məhz müharibə əlili olduğuma görə veriblər. Mən hərbi qulluqda olanda minaya düşdüm, sağ ayağımı itirdim. Bununla bağlı sənədlər var».

Bu il oktyabrın 6-da II qrup əlil Cəmil Məmmədov Sumqayıtdakı yol polisinin qarşısında özünü yandırıb. O, bununla maşının cərimə meydançasına salınmasına etiraz edib. Sonradan onun maşını qaytarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG