Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

İki ölkə arasındakı gərginliyə görə dayanan qaz kəməri layihəsi reallaşır. Oktyabrın 10-da Rusiya və Türkiyə liderləri Rusiya qazını Avropaya daşıyacaq «Türk axını» kəməri ilə bağlı razılaşma imzalayıblar.

Kəmərin Rusiya üçün əhəmiyyətli cəhətlərindən biri onun Ukraynadan yan keçməsidir.

Razılaşma İstanbulda Türkiyə və Rusiya prezidentlərinin enerji sammiti çərçivəsində görüşü zamanı imzalanıb. Rusiya prezidenti Vladimir Putin Recep Tayyip Erdoğan-la həm də Suriya məsələsini müzakirə etdiklərini, mühasirədə qalan Hələb şəhərinin yardımla təmin olunması barədə razılığa gəldiklərini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG